Azərbaycan Prezidenti
İlham Əliyev Bakının Səbail rayonundakı 6 nömrəli
məktəbin yeni binasında tikinti işlərinin gedişi ilə tanış
olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü paytaxtın Səbail rayonundakı 6 nömrəli məktəbin
yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub. Məlumatı
Prezidentin rəsmi saytı yayıb.
Dövlətimizin
başçısı 6 nömrəli məktəbin yeni binasının tikildiyi
əraziyə gəldi, inşaat işlərinin
gedişi ilə tanış oldu. Prezident İlham Əliyev məktəbin yeni binasının inşası ilə
bağlı tapşırıqlar verdi.
Bildirildi ki,
qısa vaxt ərzində binanın beş mərtəbəsi inşa
edilmiş, idman
zalı üçün nəzərdə
tutulan korpusun tikintisi başa
çatdırılmışdır. Hazırda binada tamamlama işləri
aparılır. Burada şagirdlərin təhsil
almaları üçün yüksək
şərait yaradılacaqdır.
Görülən
işlərlə yaxından tanış olan
Prezident İlham
Əliyev müvafiq
tapşırıqlarını verdi.
Azərbaycan. - 2011.- 12 mart.- S. 1.