Daxili Qoşunların şəxsi
heyəti ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət etmişdir
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunları yaranmasının 19-cu ili tamam olur. AzərTAc xəbər verir ki, bu münasibətlə Daxili Qoşunların rəhbərliyi, şəxsi heyəti və ölkəmizdə səfərdə olan Türkiyə Jandarm Qüvvələri Baş Komandanlığının qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş martın 11-də Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra onlar
Şəhidlər xiyabanında Azərbaycanın
azadlığı və suverenliyi uğrunda şəhid
olmuş qəhrəman Vətən övladlarının məzarları
üzərinə tər çiçəklər
düzmüşlər. Daxili Qoşunların şəhid
olmuş əməkdaşlarının məzarları üzərinə
güllər düzülmüş, şəhid türk əsgərlərinin
memorialı önünə əklil qoyulmuşdur.
Azərbaycan.- 2011.-12 mart.- S. 2.