Azərbaycanın Daxili
Qoşunları ilə Türkiyənin Jandarm Qüvvələri
arasında əməkdaşlığın perspektivləri
müzakirə olunmuşdur
Ölkəmizdə səfərdə olan Türkiyə Jandarm Qüvvələri Baş Komandanlığının qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş martın 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində olmuşdur. AzərTAc xəbər verir ki, qonaq əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Şərəf kitabına ürək sözlərini yazmışdır.
Fikrət
Demirtaş Daxili Qoşunların komandanı, general-leytenant
Zakir Həsənovla görüşmüşdür.
Türkiyəli qonağa Daxili Qoşunların xidməti
döyüş fəaliyyəti, keçdiyi döyüş
yolu barədə məlumat verilmişdir. Görüşdə
Azərbaycanın Daxili Qoşunları ilə Türkiyənin
müvafiq qurumu arasında əməkdaşlığın
perspektivləri müzakirə olunmuş,
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
nəzərdən keçirilmişdir.
Azərbaycan.- 2011.-12 mart.- S. 2.