Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin iclası olmuşdur

 

Martın 11-də Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin iclası keçirildi. İclası aparan Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdə "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə qanun layihəsinin olduğunu bildirdi. Layihənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunduğunu deyən komitənin sədri əlavələr dəyişikliklər barədə məlumat verdi.

Qısa müzakirə zamanı komitə üzvləri əlavələr dəyişikliklərlə bağlı fikirlərini bölüşdülər. Qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Azərbaycan.- 2011.-12 mart.- S. 2.