Azərbaycan alimləri Qazaxıstanda keçirilən
Türk Dünyası
Riyaziyyat Cəmiyyəti
idarə heyətinin iclasında iştirak etmişlər
Qazaxıstanın Almatı şəhərində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) idarə heyətinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Özbəkistan nümayəndələrinin təmsil olunduğu tədbirdə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (TRETİ) direktoru, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, akademik Fikrət Əliyev və TRETİ-nin şöbə müdiri, TDRC idarə heyətinin üzvü Yusif Qasımov iştirak etmişlər.
İclas iyulun 1-3-də Bakıda keçiriləcək Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresinə hazırlıq, TDRC-nin gələcək inkişaf perspektivləri, beynəlxalq əlaqələri və s. məsələlərə həsr edilmişdir.
İclasa sədrlik etmiş akademik Fikrət Əliyev Bakıda keçiriləcək TDRC-nin IV konqresinə hazırlıq barədə ətraflı məlumat vermiş, məsələ ilə bağlı geniş müzakirələr aparılmışdır.
Səfər çərçivəsində
F.Əliyev Qazaxıstanın
elm və təhsil naziri, TDRC-nin prezidenti B.Jumaqulov ilə görüşmüşdür.
Azərbaycan.- 2011.-12 mart.- S. 6.