Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü

 

Martın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 mart.- S. 1.