Ali qonağın şərəfinə

 

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

 

- Xanım Prezident!

Hörmətli qonaqlar dostlar!

Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizi görməyimə şadam. Bu gün səhər çox yaxşı danışıqlarımız oldu. Burada iştirak edən insanlar da bilirlər ki, xanım Prezidentlə bizim görüşlərimiz tez-tez baş tutur. Bu ilin əvvəlində biz Davosda görüşmüşdük, bu gün isə müzakirələrimizi davam etdiririk. Hesab edirəm ki, biz ikitərəfli əlaqələrimizin bütün aspektlərini əhatə edə bildik. Zənnimcə, bu səfər siyasi dialoqumuza güclü dəstək olacaq həm bizim, həm xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr davam etdiriləcəkdir. Eyni zamanda, əminəm ki, səfəriniz iqtisadi əlaqələrimizin inkişafına da təkan verəcəkdir. Bu məsələləri biz geniş müzakirə etdik. Biz Azərbaycanda həm sərmayəçilər, həm podratçılar, həm tərəfdaşlarımız kimi daha çox İsveçrə şirkətlərini görmək istəyirik. Təbii ki, regional problemlər danışıqlarımızın bir hissəsini təşkil etdi görüşlərimizin ilk hissəsində biz əsasən diqqəti bu istiqamətə yönəltdik.

Prezident İlham Əliyev regionumuza yönələn səyləri üçün İsveçrə Prezidentinə minnətdarlıq edərək ümidvar olduğunu bildirdi ki, regiondakı problemlər tezliklə öz həllini tapacaqdır. Növbəti illərdə səmərəli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı ölkələrimiz arasında gündəliyin çox geniş olduğunu, bu baxımdan da mütəmadi görüşlərin əhəmiyyətini vurğuladı.

 

* * *

 

İsveçrə Prezidenti xanım Mişelin KALMİ-REY çıxış edərək dedi:

 

- Cənab Prezident!

Hörmətli xanım!

Zati-aliləri, ikinci dəfə ölkənizdə olmağımdan çox məmnunam. Mənim üçün bu səfər ölkənizdə baş verən dəyişiklikləri görmək üçün yaxşı bir fürsət oldu. Son beş ildə gördüyünüz işlər həqiqətən böyük təsir bağışlayır. Artıq şəhər əvvəlki kimi deyildir. Mən çox şadam ki, ikitərəfli əlaqələrimiz nəinki inkişaf edir, hətta intensiv xarakter alır. Bu, hər ikimizin iradəsidir. İqtisadi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələr qeyri-neft sektorunda inkişaf etdirilə bilər. Hesab edirəm ki, bu çox vacibdir mən çox şadam ki, "Holsim" şirkəti Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatıran ən böyük şirkətdir. Burada olmaqdan məmnunam əminəm ki, daha çox İsveçrə şirkəti ölkənizə sərmayə qoymaq üçün Azərbaycana gələcəkdir. Enerji sahəsində isə biz Sizə ümid edirik Sizə arxalanırıq. Hesab edirəm ki, əlaqələrimizi daha da gücləndirəcək əsas layihələr enerji sektoruna aiddir. Eyni zamanda, çox şadam ki, İsveçrənin İnkişaf Korporasiyası artıq ölkənizdə fəaliyyətə başlayıb. Bu gün səhər dediyim kimi, bizim daha çox qlobal risklərə yönələn birgə strategiyanı yarada biləcəyimizə ümid edirəm. Çünki bu, ölkələrimizin maraq dairəsindədir.

İsveçrə Prezidenti Mişelin Kalmi-Rey ölkələrimiz arasında çoxtərəfli səviyyədə əməkdaşlığın davam edəcəyinə əminliyini bildirdi. O, Azərbaycan ilə İsveçrənin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının olduğunu deyərək qeyd etdi ki, ölkələrimiz arasındakı həmrəylik növbəti illər üçün yaxşı istiqamət alacaqdır. İsveçrənin Prezidenti ona nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 mart.- S. 2.