Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey martın 14-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident xanım Mişelin Kalmi-Rey nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

İsveçrə Konfederasiyasının Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsveçrənin Azərbaycanın dövlət himnləri səsləndi.

Ali qonağa Şəhidlər xiyabanının tarixi paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 mart.- S. 3.