Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma
Martın 13-də İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar İsveçrə Konfederasiyasının Prezidentinə gül dəstələri təqdim etdilər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mişelin Kalmi-Rey və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.
AzərTAc
Azərbaycan.- 2011.-15 mart.- S. 3.