Audronyus Ajubalis: 23 il uzun müddətdir. Sizin səbriniz,
apardığınız izahat işləri regionda sabitliyə
xidmət edir
ATƏT-in fəaliyyətdə olan sədri bu sözləri
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması" İctimai Birliyi idarə
heyətinin üzvləri ilə görüşdə
demişdir
ATƏT-in fəaliyyətdə
olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis
ölkəmizə səfəri çərçivəsində
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi
qərargahında qurumun idarə heyətinin üzvləri ilə
görüşmüşdür.
İcmanın rəhbəri,
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov qonağı 75
minlik icma adından salamlayıb görüş
iştirakçılarını təqdim etdikdən sonra
münaqişə barədə məlumat vermiş, Ermənistanın
işğalçılıq siyasəti, Dağlıq
Qarabağı və ətrafdakı rayonları zəbt etməsi
nəticəsində bir milyondan artıq günahsız azərbaycanlının
insan hüquqlarının pozulduğunu, onların ev-eşiklərindən
qovulub qaçqın və məcburi köçkünə
çevrildiyini xatırlatmışdır. İcma rəhbəri
demişdir: "Biz doğma yurdumuza qayıdıb 1992-ci ilə
qədər Dağlıq Qarabağda yaşamış və
Azərbaycan qanunlarına əməl etmək istəyən
ermənilərlə, onların övladları ilə dinc
yanaşı yaşamağa hazırıq. İstərdik ki,
bu iş qan tökülmədən, sülh
danışıqları vasitəsilə reallaşsın. Təəssüf
ki, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi buna imkan
vermir. Bunun nəticəsidir ki, 1992-ci ildən bəri ATƏT
həmsədrlərinin səfərləri də səmərə
vermir. Bu müddətdə Ermənistan BMT-nin, ATƏT-in, digər
beynəlxalq qurumların münaqişə ilə bağlı
qərar və qətnamələrini qulaqardına
vurmuşdur. Biz bu təşkilatların təcavüzkara təsir
göstərməsini istəyirik. Təəssüf ki, ikili
standartlar, təcavüzkarla təcavüz qurbanını eyniləşdirmək
cəhdi Ermənistanın daha da əl-qol açmasına rəvac
verib. Artıq sərhəddə erməni snayperi
günahsız uşağı qətlə yetirib.
İşğalçının himayə olunmasının nəticəsidir
ki, Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan 7
rayon da ermənilər tərəfindən işğal
edilmişdir. Biz haqq səsimizin beynəlxalq aləmdə
eşidilməsini, həqiqətin dəstəklənməsini
istəyirik.
Akademik Vaqif Fərzəliyev
beynəlxalq qurumların, böyük dövlətlərin
müxtəlif münaqişələrə münasibət
bildirdiyini, bəzi ölkələrə qarşı sanksiya tətbiq
edildiyini xatırladıb sual vermişdir: Nə
üçün işğalçı Ermənistana
gözün üstə qaşın var deyən yoxdur, bu
dövlət nəyə və kimə arxalanıb dünyaya
meydan oxuyur? İnanırıq ki, ATƏT rəhbərliyi Azərbaycan
xalqının narahatlığını başa
düşüb anlayacaqdır.
Bakı Musiqi
Akademiyasının rektoru xalq artisti Fərhad Bədəlbəyli
qeyd etmişdir ki, hamımız münaqişənin sülh
yolu ilə həllinin tərəfdarıyıq. Ancaq ortada
heç bir nəticənin olmaması cəmiyyəti narahat
edir. Xüsusilə gənclər arasında radikallıq
artır, onları sakitləşdirməkdə, BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinin kağız
üzərində qalmasının səbəbini izah etməkdə
çətinlik çəkirik. Xalqın səbir kasası
dolmuşdur. Maraqlıdır, kasıb, günbəgün
müflisləşən bir ölkə kimə
arxayındır?
Milli Məclisin deputatı
Elman Məmmədov xatırlatmışdır ki, ötən əsrin
90-cı illərinin əvvəlində Azərbaycan rəhbərliyi,
ölkə iqtisadiyyatı zəif idi, ordu
formalaşmamışdı. Bundan istifadə edən Ermənistan
silahlı qüvvələri himayədarlarının köməyi
ilə Azərbaycan torpaqlarını işğal etdilər.
Azərbaycan kəndlərində ermənilər tərəfindən
kütləvi qırğınlar törədilmişdir.
Xocalı soyqırımı gözlərim
qarşısında baş verib, orada əzizlərimi, o
cümlədən anamı itirmişəm. O zaman hegemon
dövlətlər "sülh", "haqq-ədalət"
sözlərini yada salmadılar. Bu gün Azərbaycan
güclüdür, amma müharibə etmək istəmir.
Bununla belə, öz ərazisində yuva salmış
terrorçulara qarşı antiterror əməliyyatı
keçirmək hüququna malikdir. İyirmi üç ildir
torpaqlarımız işğal altındadır. Təəssüf
ki, Dünya birliyi, həmsədr dövlətlər cırtdan
Ermənistanı yerində oturda bilmirlər. Belə vəziyyətdə
Azərbaycan nə etməlidir?
Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Həvva Məmmədova Xankəndidən
didərgin düşmüş və respublikanın 48 rayonuna
səpələnmiş soydaşlarımızın
bugünkü vəziyyəti barədə məlumat verdikdən
sonra ATƏT sədrindən xahiş etmişdir ki, 9
yaşlı uşağın erməni snayperi tərəfindən
öldürülməsi məsələsinə ciddi diqqət
yetirsin.
Bakı Slavyan Universitetinin
rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan
və Ermənistan ziyalılarının bir neçə il əvvəlki
görüşünü xatırlatmış və qeyd
etmişdir ki, əksər erməni ziyalılar da
münaqişənin həllini istəyir, ancaq bunu ölkədə
hökm sürən hərbi diktatura səbəbindən dilə
gətirməyə qorxurlar.
Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da sualla
kifayətlənmişdir: "Bir milyondan çox azərbaycanlının
insan hüquqları pozulmuşdur. Azərbaycan beynəlxalq
qurumların qərarlarına hörmətlə yanaşır,
bəs bu qurumların Azərbaycanın haqq işinə
münasibəti necədir?"
Audronyus Ajubalis ətraflı
məlumat üçün təşəkkür etmiş və
bildirmişdir ki, keçirəcəyi görüşlərdə
cəbhə xəttindən snayperlərin
çıxarılmasını təklif edəcəkdir.
"Digər tədbirlər də təklif edəcəyəm.
Düzdür, bunlar xırda tədbirlərdir, münaqişəni
həll etmir, ancaq xüsusilə cəbhə xəttində gərginliyi
azalda bilər", - deyə qonaq vurğulamışdır. O
qeyd etmişdir ki, münaqişənin həllində ATƏT-ın
Natiq ATƏT-in
AzərTAc
Azərbaycan.- 2011.-15 mart.- S. 4.