İsveçrə Konfederasiyasının
Prezidenti Azərbaycana
rəsmi səfəri
çərçivəsində Naxçıvanda olmuşdur
İsveçrə Prezidenti xanım Mişelin Kalmi-Rey Naxçıvana yola düşmüşdür
İsveçrə Konfederasiyasının
Prezidenti xanım Mişelin Kalmi-Rey martın 15-də Azərbaycana
rəsmi səfəri
çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşmüşdür.
Hər iki ölkənin
dövlət bayraqlarının
dalğalandığı Heydər
Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
İsveçrə Konfederasiyasının
Prezidenti Mişelin Kalmi-Reyi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salmışlar.
Azərbaycan.- 2011.-16 mart.- S.3.