Sankt-Peterburqda "Anaların sədası" Azərbaycanlı Qadınlar Birliyi təsis edilmişdir

 

Martın 12-də Rusiyanın Sankt-Peterburq şəhərinin tanınmış elm, ədəbiyyat, mədəniyyət incəsənət nümayəndələrinin iştirakı ilə "Anaların sədası" Azərbaycanlı Qadınlar Birliyinin təsis yığıncağı keçirilmişdir.

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təsis yığıncağında 50 nəfərə yaxın azərbaycanlı qadın iştirak etmişdir.

Birliyin əsas məqsədi ailə, uşaq anaların qarşılaşdıqları problemlərin həlli, onlara lazımi hüquqi, mənəvi psixoloji yardımların göstərilməsi, şəhərdə Azərbaycan mədəniyyəti, tarixi irsinin tanıdılması istiqamətində qadınların rolunun artırılması, azərbaycanlı gənclərin yeniyetmələrin milli bayramların əlamətdar günlərin qeyd edilməsi ilə bağlı tədbirlərin təşkilinə cəlb olunması, onların bir-biri ilə sıx ünsiyyət qurmaları üçün sağlam mühitin yaradılmasıdır.

Yığıncaqda aparıcı mütəxəssis, tanınmış həkim Sahibə Rzayeva şəhərdə yaşayan azərbaycanlı qadınların problemlərindən söz açaraq belə bir birliyin yaradılmasının aktuallığını xüsusi vurğulamışdır. O, azərbaycanlı yeniyetmələr üçün yay düşərgələrinin təşkilini, gənc qızlarımızın tərbiyəsinə, təhsilinə daha çox diqqət yetirilməsini miqrant uşaqlar üçün müvafiq adaptasiya mərkəzinin yaradılmasını təklif etmişdir.

Tanınmış həkim Aza Həsənova çıxışında Sankt-Peterburq qadın cəmiyyəti üçün elmi-maarifləndirici jurnalın təsis olunması təklifini irəli sürmüşdür.

Təsis yığıncağında həkim Sahibə Rzayeva "Anaların sədası" Azərbaycanlı Qadınlar Birliyinin sədri seçilmişdir.

 

 

Azərbaycan.- 2011.-15 mart.- S. 7.