Eyni roman iki ölkədə çap edildi
Tanınmış Azərbaycan yazıçısı
Vidadi Babanlı hələ sovet dövründə yazdığı
"Vicdan susanda" adlı romanı ilə oxucu rəğbəti qazanıb. Bu roman dəfələrlə nəşr
edilsə də, əsərə olan maraq azalmayıb. Fərəhlidir ki, müəllifin
"Vicdan susanda" romanı yaxın günlərdə iki qonşu ölkədə işıq üzü görüb.
Türkiyəli oxucular da Azərbaycan
yazıçısının əsərinə öz rəğbətlərini bildiriblər. Qafqaz Universiteti
Yayınları layihəsi
çərçivəsində "Vicdan sustuğunda" adı altında çap edilən məşhur əsəri Türkiyə türkcəsinə
uyğunlaşdıranı doktor Ərdar Karaman, yayım rəhbəri doktor Məmmədəli Babaşlıdır.
Professor Cihan Okunyucunun yeni nəşrə yazdığı maraqlı
ön sözdə deyilir. "Bir araşdırma mərkəzindəki
müəllim və tərbiyəçilərin daxili
çəkişmələrindən bəhs edən "Vicdan susunca" bu əsas hədəf
ətrafında haradasa
bütün insani münasibətlərə, bu
münasibətlərin çoxçeşidliyinə
yer verir. İntəhasız eşq,
əxlaq, vəfa, sədaqət, qısqanclıq,
yalan, şöhrət,
güc, kin, fədakarlıq…
Qısaca, yaxşı
və pis olan hər bir
şey… Romanda məsələnin yaxşı tərəfini
qəbul edilmiş bir şöhrət, nüfuz sahibi olan professor Söhrab və onun qeyrətli
assistenti Vüqar təmsil edir. Qarşı tərəfdə isə elmi əxlaqını şəxsi ehtiraslarına
qurban verən və bunu edərkən
də normal mübarizə
əxlaqını tapdamış
olan professor Bəşir
Bəşirli bulunmaqdadı.
Orta nəsli təmsil edən Ziya Lələyev isə hakim gücə görə mövqeyini dəyişənin biridi.
Professor Bədirbəyli rəqibi
olan professor Söhrabı
sındırmaq üçün
onun gənc assistenti Vüqarı əzmək və elmi həvəsini söndürmək istəyir…"
Ön söz müəllifi əsərin məzmununu özünəməxsus şəkildə
şərh etdi. Yazır
ki, bu maraqlı
romanı oxuduqca, burada yazılanların vaxtilə özünün
də təhsil aldığı universitetdə
üzləşdiyi hadisələr,
baş verən çəkişmələrlə necə də səsləşdiyini görüb:
"İndi iyirmi yaşında olan gənclər bu əsərdə bəhs edilən siyasi rejimi nə yaşadılar, nə də gördülər.
Buna görə də
roman çağdaş gənclik
tərəfindən də
böyük maraqla oxunur və bəyənilir…"
"Vicdan susanda" romanı həm də Tehranda nəfis tərtibatla işıq üzü görüb. Romanın üzünü fars
əlifbası ilə
Taymaz Taymazlı köçürüb. Sovet pedaqogikasından,
elm adamlarının, yaradıcı
insanlarımızın gündəlik
həyatından, kommunist
ideologiyasının basqıları
altında çarpışanların
yaşam tərzindən,
haqla haqsızın savaşından bəhs edən romanın qonşu dövlətin də oxucuları tərəfindən maraqla
qarşılanacağına şübhə yoxdur.
Azərbaycan.- 2011.- 15 mart.- S.
8.