Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 15-də
ATƏT-in Minsk qrupunun həmsədrləri
İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınması ilə
bağlı aparılan
danışıqların hazırkı
vəziyyəti və
perspektivləri ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-16 mart.- S. 1.