Milli Məclisdə hökumətin hesabatı dinlənilmişdir

 

Milli Məclisin martın 15-də keçirilmiş iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilmişdir.

Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanmışdır.

İclası açan Milli Məclisin Sədri Oqtay ƏSƏDOV əvvəlcə deputatları, hökumətin üzvlərini Azərbaycan xalqını İlaxır çərşənbə Novruz bayramı münasibətilə təbrik edərək dedi:

- Hörmətli cənab Baş nazir hökumət üzvləri!

Hörmətli deputatlar!

Xanımlar cənablar!

Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır. Konstitusiyaya görə, bu iclasda biz Nazirlər Kabinetinin fəaliyyətinə dair illik hesabatını dinləməliyik.

Əvvəla qeyd etmək istərdim ki, Nazirlər Kabinetinin parlamentə təqdim edilən illik hesabatları məzmun struktur baxımından ilbəil təkmilləşir. Hesabatlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun şəkildə əks etdirilir. Hökumətin 2010-cu ildə fəaliyyətinə dair hesabatı da yüksək səviyyədə hazırlanmışdır.

Baş vermiş qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlamışdır. Ötən il ümumi daxili məhsulun real artımı 5 faiz təşkil etmişdir.

Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq siyahılarında yüksək qiymətləndirilir. 2010-cu ildə iqtisadi artım sürətinə görə ölkəmiz MDB məkanında 1-ci, makroiqtisadi sabitlik indeksinə görə araşdırma aparılan 139 ölkə arasında 13-cü yerə yüksəlmişdir. Nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən Azərbaycan investisiya yatırımları üçün cəlbedici ölkə kimi qiymətləndirilir.

Fikrimcə, bu nailiyyətlər, ilk növbədə, dövlətimizin başçısının çevik iqtisadi siyasətinin, məqsədyönlü genişmiqyaslı sosial islahatların davam etdirilməsi ilə bağlıdır.

Azərbaycan dövləti neftdən əldə edilən gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə qabaqcıl texnologiyalar əsasında inkişafına, infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasına yönəldir. Ötən il qeyri-neft sektorunda real artım 7,9 faiz olmuş, ümumi daxili məhsulun 44,4 faizi onun payına düşmüşdür. İndi Azərbaycan dünyanın 147 ölkəsi ilə 28 milyard dollarlıq xarici ticarət əməliyyatları aparır. İxracın təqribən 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşmüşdür.

Bildiyiniz kimi, dövlətimizin başçısı İlham Əliyevin birbaşa təşəbbüsü ilə ölkəmizdə hərbi sənaye kompleksi yaradılmışdır.

Ordumuzun maddi-texniki təchizatı yaxşılaşmış, dövlətimizin müdafiə qüdrəti daha da artmışdır. Bu gün Azərbaycanın rəqabətqabiliyyətli hərbi məhsulları dünya bazarlarına çıxarılır.

Məlum olduğu kimi, Azərbaycan böyük turizm potensialına malikdir. Azərbaycan Prezidenti bu sahənin inkişafına xüsusi diqqət yetirir 2011-ci ili "Turizm ili" elan etmişdir. Bu sahədə görülən işlər Azərbaycanda turizm xidmətlərinin dünya standartlarına uyğunlaşdırılmasına zəmin yaradır. Bütün bunların nəticəsində tezliklə turizm Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevriləcəkdir.

Son illərdə həyata keçirilən investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasına təkan vermişdir. Ötən il bütün maliyyə mənbələrindən iqtisadiyyata yönələn investisiyaların ümumi həcmi 14 milyard manat olmuş, əvvəlki illə müqayisədə 32,4 faiz artım əldə edilmişdir. Göstərilən faktın önəmli cəhəti sərmayələrin ümumi həcmində daxili sərmayələrin payının yarıdan çox (52,5 faiz) olmasıdır.

Azərbaycanda həyata keçirilən uğurlu büdcə vergi siyasəti nəticəsində son 5 il ərzində dövlət büdcəsinin həcmi 3 dəfəyə yaxın artmış, valyuta ehtiyatları 30 milyard dolları ötmüş, inflyasiya idarə olunan səviyyədə (5,7 faiz) saxlanmışdır.

İqtisadiyyatda əldə olunan bu uğurlar əhalinin maddi rifahının yüksəlməsinə müsbət təsirini göstərmişdir. Keçən ilin yekunlarına görə, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manat təşkil etmişdir.

Regionların sosial-iqtisadi inkişafına yoxsulluğun azaldılmasına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmuşdur.

Ötən illərin təcrübəsi göstərir ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə müzakirəsi hökumətin fəaliyyətinin təkmilləşməsinə xidmət edir.

Milli Məclisin deputatları arasında səriştəli iqtisadçıların, hüquqşünasların digər sahələr üzrə mütəxəssislərin olması müzakirələrin bu dəfə faydalı keçəcəyinə əminlik yaradır.

Sizi bu müzakirələrdə fəal iştiraka dəvət edirəm.

Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatla çıxış etmişdir.

 

 

Azərbaycan.- 2011.-16 mart.- S. 1.