Ə.N.Nemətzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əflatun Nemət oğlu Nemətzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-16 mart.- S.  1.