Gəncə və Sumqayıt şəhərlərində
yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq ölkənin ən böyük şəhərlərindən
olan Gəncədə
və Sumqayıtda abadlıq-quruculuq işlərini
davam etdirmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının 2011-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin
davam etdirilməsi üçün Gəncə
və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər
birinə 5,0 (beş) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
hissəsində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 mart 2011-ci il
Azərbaycan.- 2011.- 16 mart.-
S. 1.