Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Türkiyənin
Azərbaycandakı səfiri
ilə görüşmüşdür
Martın 15-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki
səfiri Hulusi Kılıç ilə görüşmüşdür.
Qonağı
Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Türkiyənin dərin köklərə malik sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın
və ölkələrimizin
birgə maraqlarına
xidmət etdiyini vurğulamışdır. Digər sahələrdə olduğu
kimi, humanitar sahədə də əməkdaşlığın faydalı olacağından
əminliyini bildirən
Azərbaycanın birinci
xanımı gələcəkdə
yeni birgə layihələrin həyata
keçirilməsi üçün
fondun açıq olduğunu diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu əməkdaşlığa hər
zaman hazırdır.
Səfir Hulusi Kılıç xoş sözlərə görə
Heydər Əliyev Fondunun prezidentinə təşəkkürünü bildirmiş, onu qarşıdan gələn
Novruz bayramı münasibətilə təbrik
etmişdir. Türkiyəli diplomat Heydər
Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm layihələrdən
xəbərdar olduğunu,
ölkəsində bu
fəaliyyətin yüksək
qiymətləndirildiyini və
qürur hissi doğurduğunu vurğulamışdır.
Əməkdaşlığın perspektivlərinə toxunan
səfir, qarşılıqlı
fəaliyyətin
qardaş ölkələrimizin
inkişafına sanballı
töhfələr verəcəyinə
ümidvar olduğunu diqqətə çatdırmışdır.
Səfir ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını
xatırladaraq fond ilə əməkdaşlığın
xalqlarımızın münasibətlərinin
daha da möhkəmlənməsinə
xidmət edəcəyini
demişdir.
AzərTAc
Azərbaycan.- 2011.-16 mart.- S. 3.