Beynəlxalq hava limanında qarşılanma
Azərbaycanda rəsmi səfərdə olan İsveçrə
Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey martın 15-də Naxçıvana gəlmişdir.
Naxçıvan Beynəlxalq hava limanında İsveçrə Prezidenti xanım Mişelin Kalmi-Reyi Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar
ali qonağa gül dəstəsi təqdim etdilər.
Azərbaycan.- 2011.-16 mart.- S. 3.