Həştərxandakı parklardan birinə Heydər Əliyevin adı verilmişdir

 

Həştərxandakı parklardan biri bundan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaqdır.

Həştərxan meriyasının qərarına əsasən Volqa körfəzi yaxınlığındakı Sahil küçəsində yerləşən parka ulu öndərin adı verilmişdir.

Xatırladaq ki, keçən il həmin parkda Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevə abidə ucaldılmışdır. 2010-cu il oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev həmin abidənin açılışında iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 mart.- S. 2.