Hakim prokurorlar korrupsiya ilə mübarizədə beynəlxalq təcrübəni öyrənirlər

 

Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən tədbirlər davam etdirilir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında məhkəmə səhvlərinin aradan qaldırılmasında tədris kurslarının əhəmiyyəti nəzərə alınaraq MHŞ tərəfindən bu il 20-dək təlimin keçirilməsi nəzərdə tutulmuşdur.

Korrupsiya ilə mübarizə sahəsində hakimlərin prokurorların birgə tədrisinin xüsusi əhəmiyyəti nəzərə alınaraq MHŞ tərəfindən bu sahədə ayrıca ixtisasartırma kursu təşkil edilmiş, təcrübə mübadiləsi məqsədi ilə Türkiyədən yüksək ixtisaslı mütəxəssislər dəvət edilmişdir.

MHŞ-dən AzərTAc-a bildirmişlər ki, bu gün türkiyəli hakimlər Engin Durnagöl Seyfullah Çakmahın iştirakı ilə interaktiv metodlarla keçirilən təlimlərə başlanılmışdır.

MHŞ-nin korrupsiyaya qarşı mübarizə sektorunun əməkdaşlarının da iştirak etdiyi kursda korrupsiyaya şərait yaradan hallarla mübarizə üzrə Türkiyə təcrübəsi, hakimlərin, prokurorların peşə etikası məsələləri barədə mühazirələr dinlənilmiş, mövcud problemlər onların həlli yolları üzrə səmərəli fikir mübadiləsi müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-17 mart.- S. 2.