Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclasları
keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bağlı sorğusuna və Bakı Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələri ilə bağlı müraciətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Konstitusiya Məhkəməsi
Plenumunun aprelin 5-nə təyin edilmiş iclasında Bakı
Apelyasiya Məhkəməsinin müraciətinə, aprelin 15-də
isə Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna
baxılacaqdır.
Azərbaycan.- 2011.-17 mart.- S. 2.