Milli Məclisin bir qrup nümayəndəsi
Novruz bayramı münasibətilə Qobustan
rayonunda məskunlaşmış
məcburi köçkünlərlə
görüşmüşdür
Martın 16-da Milli Məclisin
bir qrup nümayəndəsi Novruz bayramı münasibəti ilə
Qobustan rayonunda məskunlaşmış Laçın, Cəbrayıl,
Ağdam, Kəlbəcər, Xocalı, Şuşa və
Füzuli rayonlarından olan məcburi köçkünlərə
baş çəkdilər.
Nümayəndə heyətini
rayon icra hakimiyyətinin rəhbərliyi qarşıladı. Parlament
nümayəndələri əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adını daşıyan yeni salınmış parkda ulu
öndərin heykəlini ziyarət edərək abidənin
önünə qızıl güllər düzdülər.
Sonra Qobustan rayonunda məskunlaşmış
məcburi köçkünlərlə görüş oldu. Çıxış
edən Milli Məclisin işlər müdirinin müavini
Şadət Nağıyev Milli Məclisin Sədri Oqtay Əsədovun
salamlarını məcburi köçkünlərə
çatdırdı, Novruz bayramı münasibətilə
Milli Məclisin rəhbərliyi və deputatları adından
onları təbrik etdi. Bildirdi ki, ölkə Prezidenti cənab
İlham Əliyev qaçqın və məcburi
köçkünlərin problemlərinə həmişə
diqqət və qayğı ilə yanaşır. Söhbət
zamanı ölkə Prezidentinin rəhbərliyi ilə
Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll
olunacağına inam ifadə edildi.
Rayon icra hakimiyyəti
başçısının müavini Füzuli Güləliyev
rayonda məskunlaşmış 166 məcburi
köçkün ailəsinə göstərilən daimi diqqət
və qayğıya görə təşəkkürünü
bildirdi.
Tədbirdə
çıxış edən məcburi köçkünlər
əziz bayram günlərində onlara göstərilən
diqqət və qayğıya görə ölkə rəhbərliyinə
minnətdar olduqlarını və Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində
tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına
əminliklərini bildirdilər.
Sonra məcburi
köçkün ailələrinə bayram sovqatı
paylandı.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2011.-17 mart.- S. 2.