Bakıda "AutoShow" 7-ci Azərbaycan
Beynəlxalq avtomobil sərgisi açılmışdır
Martın 16-da Bakı Sərgi Mərkəzində Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı, Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "AutoShow" 7-ci Azərbaycan Beynəlxalq avtomobil sərgisi, həmçinin "AutoParts" 4-cü Azərbaycan Beynəlxalq ehtiyat hissələri, aksessuarlar və xidmət avadanlığı sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamenti rəisinin müavini Kaviz Abdullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, İteca Caspian LLC-nin direktoru Fərid Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın əhalinin rifah halının yüksəlməsinə xidmət etdiyini diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, respublikamızın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, iş adamlarına yaradılan əlverişli şərait və insanların rifah halının yüksəlməsi bu sahəyə marağı artırmışdır. Builki sərgi daha çox avtomobil modellərini əhatə edir. Sərgidə 14 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, İtaliya, Rusiya, Türkiyə, İsveçrə və s. dövlətlərdən 105 şirkətin məhsulları nümayiş olunur. Xəzəryanı regionun ən böyük avtomobil sərgisində "Hyundai", "Jaguar", "İnfiniti", "Land Rover", "Nissan", "Audi", "Şkoda", "Volkswagen" və digər qabaqcıl avtomobil istehsalçılarının distribüterləri iştirak edirlər. Builki sərgi adi formatını dəyişmişdir. Belə ki, sərginin birinci iş günü mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş xüsusi qonaqlar üçün ziyarət proqramı ilə başlayacaqdır. Növbəti üç iş günü isə bütün ziyarətçilər üçün açıq olacaqdır.
Rəmzi
qırmızı lent kəsildikdən sonra
iştirakçılar sərgi ilə tanış
olmuşlar. Debütant olan Naxçıvan avtomobil zavodu sərgidə
üç "Naz Lifan" modeli ilə təmsil
olunmuşdur. Ümumiyyətlə
isə zavod bu tipli avtomobilin dörd modelini istehsal edir. "Naz
Lifan" avtomobilləri havalandırma və təhlükəsizlik
sisteminə malikdir.
"Hyundai Auto
Qonaqlar üçün
"Hyundai Auto
"Anadolu İsuzu"
avtomobil sənaye şirkətinin təqdim etdiyi "İsuzu
Turkuaz" və " Suzu Citimark" sərnişin
avtobusları isə yüksək rahatlığı ilə fərqlənir.
Hər iki sərnişin avtobusu işlənmiş qazlarda zərərli
maddələr tərkibini nizamlayan "Avro-5" ekoloji
standartlarına cavab verir.
Sərgidə üç iri
sektor - minik nəqliyyatı, kommersiya tipli nəqliyyat və
bütün növ nəqliyyat vasitələri
üçün ehtiyat hissələri və aksessuarlar təqdim
edilir. "AutoParts" sərgisində avtomobil yağları,
filtrlər, avtokosmetika və avtomobil kimyasının digər
məhsullarının istehsalçıları və
distribüterləri bir araya gəlmişlər. Qaraj-servis
avadanlığı sahəsində ixtisaslaşmış
Rusiya şirkətləri builki sərginin debütantı
qismində çıxış edirlər. Kanada
istehsalçıları isə ilk dəfə olaraq sərgidə
innovasiyalı məhsullarını təqdim edirlər. Bu,
avtomobillərin və digər obyektlərin şüşələrinin
təhlükəsizliyi, möhkəmliyinin
artırılması üçün nəzərdə
tutulmuş və zərbə, güclü külək,
güllə atəşi, partlayış və yanğın
hallarında müdafiəni təmin edən zirehli məhsullardır.
Sərgi martın 19-dək
davam edəcəkdir.
Azərbaycan.- 2011.-17 mart.- S. 5.