Strasburqda Azərbaycan gənclər forumu başa çatmışdır

 

Strasburqda Avropa Şurası Parlament Assambleyası Gənclər Mərkəzində keçirilən Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) başa çatmışdır.

AzərTAc xəbər verir ki, "Müstəqilliyimiz 20, Baxışlar 2020" devizi altında keçirilən forumun yekununda Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva pianoçu Emil Əfrasiyab konsert proqramı ilə çıxış etmişlər.

Yekun tədbirində ASAİF tərəfindən 2010-cu ildə fəallığı ilə fərqlənən gənclərə 4 nominasiya üzrə "Yaxşıların yaxşısı" plaketləri təqdim olunmuşdur. "Ən yaxşı şəbəkə qurucusu" adına York Universitetinin tələbəsi Ramin Hakimov, "Ən fəal tələbə" adına Mançester Universitetinin tələbəsi Raul Gülməmmədov, "Ən yaxşı layihə" adına Türkiyənin "Birlik" təşkilatının Xocalı soyqırımına həsr etdikləri layihə, "Ən peşəkar gənc" adına isə mühəndis Vüqar Səmədli layiq görülmüşdür.

 

 

Azərbaycan.- 2011.-17 mart.- S. 6.