Azərbaycanla Ukrayna
arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakıda səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşmüşdür.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Yavər Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə geniş məlumat vermiş, Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Nümayəndə heyətinin başçısı Mixail Yejelin səmimi qəbula görə minnətdarlığını ifadə etmişdir. Görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-18 mart.- S. 2.