Azərbaycan dövləti
gəncliyin inkişafı
ilə bağlı vacib işlər görür
Azərbaycan dövləti
gəncliyin inkişafı
ilə bağlı vacib işlər görür.
AzərTAc xəbər verir ki bu sözləri
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov martın
17-də Bakı Əyləncə
Mərkəzində partiyanın
Gənclər Birliyinin
(GB) Novruz bayramı münasibətilə təşkil
etdiyi tədbirdə demişdir.
Gəncləri Novruz bayramı
münasibətilə təbrik
edən YAP sədrinin
müavini onlara gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.
Ə.Əhmədov vurğulamışdır
ki, Azərbaycanda gənclər siyasətinin
əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Hazırda
bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Müstəqil Azərbaycan dövlətinin
müasir gəncliyin inkişafı ilə bağlı mühüm proqramların həyata keçirdiyini qeyd edən Ə.Əhmədov
demişdir ki, gənclərin yüksək
təhsil alması, bilik və bacarıqlarını
inkişaf etdirməsi
üçün hər
cür şərait yaradılmışdır.
YAP sədrinin müavini ölkəmizin müasirləşməsində,
ictimai-siyasi həyatında
partiyanın gənclərinin
yaxından iştirak etdiyini bildirmiş və onları daha da fəal
olmağa çağırmışdır.
YAP GB-nin sədri
Seymur Orucov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin
müavini İntiqam Babayev və başqaları da tədbir iştirakçılarını
Novruz bayramı münasibətilə təbrik
etmiş, dövlətimizin
başçısının müasir Azərbaycan gəncliyinə göstərdiyi
diqqət və qayğıdan danışmışlar.
Tədbirdə YAP İdarə
Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Gənclər
Birliyinin Bakı şəhəri üzrə
rayon təşkilatlarının
fəalları iştirak
etmişlər. Sonda konsert proqramı olmuşdur.
Azərbaycan.- 2011.-18 mart.- S. 2.