Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Martın 17-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən, "Nord Star" şirkətinin direktoru S.M.Əlizadənin şikayətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 12-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2011.-18 mart.- S. 3.