Polis Akademiyasında
Novruz bayramı qeyd olunmuşdur
Daxili İşlər
Nazirliyinin Polis Akademiyasında Novruz bayramı münasibətilə
tədbir keçirilmişdir.
Akademiya rəisinin
müavini, polis polkovniki Qabil Zamanov Novruz bayramının
xalqımızın tarixindəki yeri və rolu barədə məlumat
vermiş, rəhbərlik adından şəxsi heyəti təbrik
etmişdir.
Sonra "Qala"
tarix-etnoqrafiya qoruğunun elmi işçisi Cavad Ağayev
Novruz bayramının yaranma tarixi və mahiyyətindən
danışmışdır.
Bayram tədbiri konsert
proqramı, akademiya idmançılarının nümunəvi
çıxışları, müdavimlərin milli adət-ənənələrimizə
uyğun yumurta döyüşdürməsi və milli rəqslərlə
davam etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-18 mart.- S. 3.