İctimai Televiziya və Radio
Yayımları Şirkəti Yayım Şurasının
tərkibində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
"İctimai televiziya
və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununun 17.2-ci, 17.4-cü və 17.6-cı
maddələrinə əsasən Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı
şəxslər 6 il müddətinə
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının üzvləri seçilsinlər:
Aqil İsaq oğlu
Dadaşov - namizədliyi Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tərəfindən irəli
sürülmüşdür;
Muxtar Kazım oğlu
İmanov - namizədliyi Azərbaycan Milli Elmlər
Akademiyası tərəfindən irəli
sürülmüşdür;
Cahangir
Əbdüləli oğlu Məmmədli - namizədliyi
Azərbaycan Mətbuat Şurası tərəfindən
irəli sürülmüşdür.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 18 mart
2011-ci il
Azərbaycan.- 2011.-19 mart.- S., 2.