Niderlandda Azərbaycanın kənd təsərrüfatı sektorunun dinamik inkişafına perspektivlərinə dair geniş təqdimat keçirilmişdir

 

Azərbaycanın Niderlanddakı və bu ölkənin Bakıdakı səfirlikləri, Krallığın Ticarətə Yardım üzrə Şurası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan İnvestisiya Şirkəti, Haaqanın Ticarət Palatası və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olan “The Friesian” şirkətinin birgə təşəbbüsü ilə respublikamızın kənd təsərrüfatı sektorunun nailiyyətlərinə və geniş perspektivlərinə dair təqdimat təşkil olunmuşdur.

Haaqanın Ticarət Palatasının binasında keçirilmiş tədbirdə Hollandiya və Azərbaycan hökumətlərinin rəsmiləri, yerli iş adamları və Haaqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Niderlandın ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde son illər uğurla inkişaf edən Niderland-Azərbaycan dövlətlərarası münasibətlərinin genişləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin geniş perspektivləri haqqında məlumat vermiş, Hollandiyanın Azərbaycan ilə daha sıx siyasi iqtisadi birliyinin yaradılması niyyətində olduğunu bildirmişdir.

Azərbaycanın Niderlanddakı səfirliyinin müşaviri Əziz Əliyev ölkəmizin dinamik inkişafına dair ətraflı məlumat vermiş, Azərbaycan ilə Niderland arasında geniş iqtisadi əməkdaşlıq perspektivləri istiqamətləri barədə danışmışdır.

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev ölkəmizə xarici investisiyaların qoyuluşu üçün yaradılmış əlverişli şərait barədə geniş təqdimatla çıxış etmişdir. O, hazırda bir çox xarici şirkətlərlə birlikdə həyata keçirilən iqtisadi layihələr haqqında danışmış, ölkə iqtisadiyyatının müxtəlif sahələrində yaranmış vəziyyətə dair ətraflı məlumat vermişdir.

Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov tədbir iştirakçılarına əvvəlcə Fondun fəaliyyəti haqqında məlumat vermişdir. Sonra isə o, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sahəsində görülən işlər, ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, kənd təsərrüfatında aparılan islahatlar bu sektora sərmayə qoyuluşlarının əsas istiqamətləri barədə təqdimatla çıxış etmişdir.

The Friesianşirkətinin rəhbəri Siebren van der Zwaag Niderlandın kənd təsərrüfatı sahəsində çalışan şirkətlərin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiklərini qeyd etmiş, bu yaxınlarda ölkəmizə etdiyi səfəri ilə bağlı xoş təəssüratlarını bölüşmüş, cari il mayın 23-dən 26-dək Niderlandın ticarət (kənd təsərrüfatı) missiyasının Azərbaycana işgüzar səfər edəcəyini vurğulamışdır.

Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla dinlənilmişdir. Azərbaycan təmsilçiləri, həmçinin bir çox suallara cavab vermişlər.

Niderland rəsmiləri adamları tədbirin keçirilməsindən məmnun olduqlarını, təqdim olunmuş məlumatları gələcək fəaliyyətlərində istifadə edəcəklərini bildirmiş Niderland ticarət missiyanın Azərbaycana səfərinin vacibliyinin bir daha vurğulamışlar.

Tədbirdən sonra təşkil olunmuş ziyafətdə Niderlandın adamları ilə Azərbaycan təmsilçiləri arasında hər iki tərəf üçün maraq doğuran sahələr üzrə danışıqlar aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 mart.- S.4.