Fələstinin Azərbaycandakı
səfiri AzərTAc-da
olmuşdur
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman martın 18-də Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-da olmuşdur. Görüşdə Azərbaycan və Fələstin xalqları arasındakı tarixi, mədəni əlaqələrdən söhbət açılmışdır.
AzərTAc-da olmağından məmnunluğunu ifadə edən səfir xalqlarımız arasında münasibətlərin daha da inkişafında informasiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Diplomat Fələstinin xəbər agentliyi ilə AzərTAc arasında əlaqələrin qurulması təklifi ilə çıxış etmişdir.
Görüşdən sonra
səfir AzərTAc-ın
iş şəraiti və struktur bölmələrinin fəaliyyəti
ilə yaxından tanış olmuşdur.
Azərbaycan.- 2011.-19 mart.- S. 5.