Coğrafi məlumatlar sistemi üzrə treninqlər
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin struktur vahidlərində, yerli qurumlarında
informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə edilir. Dövlət torpaq kadastrı xəritələri,
digər tematik xəritələr bu sistemin ən son nailiyyətlərinin
tətbiq edilməsi yolu ilə icra olunur.
Bu gün müasir
dövrün tələblərinə uyğun olaraq, elektron
kadastr xəritələrinin hazırlanmasını coğrafi
informasiya məlumatlarının
standartlaşdırılması və məlumat
bazasının istifadəsinin tətbiq edilməsi olmadan təsəvvür
etmək mümkün deyil. Odur ki, komitənin yerli
qurumlarında bu işlə məşğul olan kadrların
treninqlərə, praktiki və nəzəri məşğələlərə
cəlb edilməsinə ciddi fikir verilir. Dövlət
Yerquruluşu Layihə İnstitutunun bir qrup əməkdaşı
üçün Heydər Əliyev Torpaq İslahatı Mərkəzində
"Risk" Elm-İstehsalat Mərkəzinin təşkil
etdiyi "Coğrafi informasiya sistemi" mövzusunda
keçirilən təlimlər buna misaldır. Martın 9-dan
başlamış və aprelin 1-dək davam edəcək təlimlərin
keçirilməsinə məsul şəxs - Yerquluşu Layihə
İnstitutunun texniki şöbəsinin müdiri Elçin Məhərrəmlinin
sözlərinə görə, treninqə institutun şöbələrində
və rayonlararası yerquruluşu idarələrində
çalışan əməkdaşlar cəlb olunublar.
Treninqlər əməkdaşların bilik səviyyəsinin,
eyni zamanda lazımi proqramlarda işləmək
bacarıqlarının artırılmasına xidmət edir.
Azərbaycan.- 2011.- 20
mart.- S. 5.