Füzuli rayonunda Novruz şənliyi keçirilmişdir

 

Horadiz şəhərindəki Olimpiya-İdman Kompleksinin stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova iştirak etmişlər.

AzərTAc xəbər verir ki, qonaqlar rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etmiş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Onlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Horadiz şəhərində aparılan abadlıq-quruculuq işləri ilə maraqlanmış, Heydər Əliyev parkının mərkəzi bazarın təməlqoyma mərasimində iştirak etmişlər.

Sonra rayonun incəsənət ustaları rəngarəng konsert proqramı təqdim etmiş, gənc idmançıların nümunəvi çıxışları olmuş, Novruzun məşhur personajları - Kosa ilə Keçəlin çıxışları maraqla qarşılanmışdır.

Həmin gün 300 nəfər şəhid ailəsinə Novruz bayramı sovqatları paylanmışdır.

 

 

Azərbaycan.- 2011.-20 mart.- S. 6.