Pakistan İslam Respublikasının Prezidenti
zati-aliləri cənab
Asif Əli Zərdariyə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 mart 2011-ci il
Azərbaycan.- 2011.- 29 mart.- S. 1.