Türkiyə Prezidenti
"Azərbaycan Respublikası
və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı
yardım haqqında"
Müqaviləni təsdiq
etmişdir
AzərTAc Anadolu Agentliyinə istinadla xəbər verir ki, martın 28-də Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış müqaviləni təsdiq etmişdir.
Qeyd edək ki, bu müqavilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il dekabrın 21-də təsdiq edilmişdir.
Azərbaycan.- 2011.-30 mart.- S. 1.