Yer üzünün zilləti
Ermənistan adlanan ərazidən soydaşlarımızın sonuncu deportasiyasından 23 il ötür. İki əsrdə ermənilərin xalqımızın başına gətirdikləri fəlakətlər 1988-ci ildə sonuncu deportasiya ilə nəticələndi. Ermənistan adlanan ərazidə boynu buruq qalmış yurd yerlərimiz bizi gözləyir. Ölkə Prezidenti İlham Əliyev demişdir: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır. Ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır".
Bəşəriyyət o zaman xoşbəxtliyə, əmin-amanlığa, sülhə, dinc yaşayışa, əsl səadətə qovuşar ki, terrorun kökünü yerli-dibli kəsə bilsin. Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir. Terroru da, soyqırımı da törədənlərin beşiyi, ona ilham verəni məhz Ermənistan dövlətidir, erməni siyasətidir.
Şərqin böyük şairi Sədi Şiraziyə məxsus fikirdir:
Ermənidir Yer üzünün
Əhriməni,
İnsanlığın düşmənidir,
düşməni!
"Əhrimən" sözünün mənası şər və zillət mənbəyi deməkdir. Millətimizin taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz halal torpağında bu namərdlərə yer verməsidir. "Böyük Ermənistan" xəstəliyinə tutulmuş daşnaklara sabun köpüyünə bənzəyən niyyətlərinin puçluğunu göstərmək üçün tarixin çox dərin qatlarına baş vurmaq tələb olunmur. Əlimizdə olan tarixi sənədlərin, fakt və dəlillərin işığında, eləcə də erməni tarixçilərinin öz sözləri ilə bəzi məsələləri bir daha xatırlatmaq lazımdır.
Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi "Qafqaz xalqları" kitabında yazırdı: "Antik dövrdə ermənilərin əsl vətəni olan "böyük Ermənistan" Kiçik Asiyadan, Yeni Rusiyadan kənarda yerləşirdi. Tarixçilərin araşdırmalarına görə Fərad çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar çox sonralar Ağbaba, Çuxur Səd, Şərur mahallarına gəliblər. Van gölündən başlayaraq Urmiya, Göyçə gölünə qədər olan məsafəni işğal ediblər". Başqa bir erməni tarixçisi K.Patkanyan isə "Yaxın Asiya tarixində Van yazıçılarının rolu" kitabında belə yazırdı: "Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdı. "Böyük Ermənistan" ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır".
Ermənilərin bu torpaqlara gəlişindən öncə Ermənistan adlanan indiki ərazidə heç bir zaman bu adda millət yaşamayıb. Repressiya ucbatından xarici ölkələrdə yaşayan azadlıq aşiqi Mirzə Bala Məmmədzadə 1937-ci ildə İstanbulda nəşr olunmuş "Milli Azərbaycan hərəkatı" kitabında yazırdı: "Bir zaman Rusiya Şərqi Qafqazı, xüsusilə Azərbaycanı müsəlmanlardan boşaldaraq orada erməniləri yerləşdirmək istəmişdi. Sonralar bu fikirdən vaz keçərək onlardan Türkiyə əleyhinə istifadə etmək siyasətini güdməyə başladı. Ermənilər Avropada "Hncaq", "Ermənistan", "Daşnaksütyun" kimi siyasi firqələr yaratmışlar". Məqsəd "Böyük Ermənistan" xülyası idi. 1904-cü ildə onların proqramına Qafqaz da daxil edilmişdi. Halbuki 54 qəzadan ibarət olan Qafqazın yalnız 5-də erməni var idi. Hətta İrəvanın özündə belə əhalinin əksəriyyəti azəri türklər idi. Çar Rusiyasının dəstəyi ilə ermənilər özlərinə ərazi hazırlamaq fikrinə düşdülər. M.B.Məmmədzadə yazırdı: "1905-ci il inqilabından istifadə edən ermənilər silaha sarılaraq İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvan kimi yerlərdə silahsız və dinc türk xalqını qırmağa başladılar. Bu sürətlə məşhur erməni-müsəlman qırğını əmələ gəldi". O zaman Qafqazın ümumi valisi olan Vorontsov Rusiya imperatoruna göndərdiyi məktubda ermənilərin bu işğalçı siyasətini etiraf edib: "Daşnaksütyun" firqəsinin bu hərəkəti sırf ermənilərlə məxsus bir erməni ərazisi vücuda gətirmək qayəsini güdür. Bununla gələcək Ermənistanın muxtariyyəti üçün əlverişli bir zəmin hazırlamaq istəyir".
Birinci Pyotrun 1725-ci ildə yazılmış bədnam vəsiyyətnaməsini bir daha yada salaq. Orada deyilirdi: "Rusiya o zaman güclü dövlət ola bilər ki, onun paytaxtı Avropa və Asiya ölkələri xəzinələrinin açarı rolunu oynayan İstanbul olsun. Bunu həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək lazımdır. Həmişə işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar kəskin silah ola bilər". Pyotra görə bu ölkələr arasındakı münasibəti elə pozmaq lazımdır ki, heç zaman bir-biriləri ilə dil tapmasınlar. Türkiyə və İranın Avropa xalqları ilə təmasa girməsinə imkan verilməsin. Demək olar ki, çar Rusiyası Birinci Pyotrun vəsiyyətnaməsinə sadiq qalaraq həmişə Qafqazda Ermənistanın xeyrinə siyasət yeritdi. Himayədarlarının köməyi nəticəsində ermənilər azərbaycanlıları zaman-zaman öz doğma yerlərindən sıxışdırıb çıxartmağa başladılar.
Tarixçilər taleyimizlə əlaqədar hadisələri üç dövrə bölüblər:
- 1667-ci ildən İrəvan xanlığının zəbt olunmasından - 1828-ci ilə qədər olan dövr;
- 1828-ci ildən Böyük Oktyabr Sosialist İnqilabının qələbəsinə - 1917-ci ilə qədər dövr;
- 1917-ci ildən 1988-ci ilə qədər olan dövr.
Təəssüf ki, 1988-ci ildən indiyə qədər də növbəti bir dövr davam edir.
Birinci dövrdə. Bu dövrdə çar Rusiyasının köməyi ilə ermənilərin dədə-baba torpaqlarımıza köçürülməsi başlanıb. Hətta 1723-cü ildə ermənilərin bizim ərazilərə köçürülməsi ilə bağlı çarın xüsusi fərmanı olub. Ondan üç il sonra I Yekaterina da ermənilərin himayəyə götürülməsi haqqında qərar qəbul edib. Beləliklə, ermənilərin İrəvan xanlığının ərazisinə köçü başlanıb. Bu proses sonrakı dövrlərdə də sürətlə inkişaf edib. Ümumiyyətlə, çar Rusiyasında istər Pavel, istər Yekaterina olsun, istər Yelizaveta, istərsə də I Aleksandr - fərqi yoxdur. Bunların hamısının hakimiyyəti dövründə rus qoşunlarının aramsız hücumlarına davam gətirməyən azərbaycanlılar öz doğma ocaqlarından pərən-pərən düşüblər. Tədqiqatçı-alim İnqilab İsmayılov "Yaddaşımızın yaralı səhifələri" kitabında yazıb: "1813-cü ildə Rusiya ilə İran arasında "Gülüstan" müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Şəmşəddin, Loru-Pəmbək və Şörəyel əraziləri, Gəncə, Qarabağ, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan Rusiyanın tabeliyinə keçib". Bəli, millətimizin faciəsinin əsas kökü də burada qoyuldu. Göyçəyə, Qəmərliyə, Sürməliyə, Zəngəzura ermənilərin yerləşdirilməsi sürətlə həyata keçirildi. 1827-ci ildə İrəvan qalası işğal olundu. Təkcə İrəvan şəhərinin ətrafından 4.500 azərbaycanlı ailəsi öz doğma yurdundan qaçmaq məcburiyyətində qalıb. Bəli, ərazilərimiz işğal edildikcə, soydaşlarımız öz yurdlarından didərgin düşdükcə ermənilər gəlmə olduğu ərazilərin sakininə çevrildi. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan "Türkmənçay" müqaviləsi İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni bir inzibati vahid - erməni vilayəti yaradılmasına rəvac verdi.
İkinci dövrdə. Bu dövrdə yenə də ermənilərin ərazilərimizə köçürülməsi, onların İrəvanda, Pəmbəkdə, Şörəyeldə, Göyçə gölü ətrafında məskunlaşması davam etdi. 1914-cü ildə başlanan Rusiya-Türkiyə müharibəsində ermənilər Urmiya şəhərində və onun ətrafında təqribən 150 min nəfərə yaxın azərbaycanlını qətlə yetirdilər. Bu müharibə ermənilərə daha geniş miqyasda əl-qol açmağa imkan yaratdı. Çar Rusiyası Qafqazda ermənilərin mövqeyini müdafiə edərək onları həmişə türklərə qarşı qızışdırmışdı. Rusiyanın köməyinə arxalanan ermənilər azərbaycanlıları müxtəlif yollarla öz doğma yerlərindən sıxışdırıb çıxarmağa nail olurdular. Onların 1828-ci ildə yaratdıqları Erməni vilayəti 1849-cu ildə İrəvan quberniyasına və qəzalara çevrildi. Onlar sovet hökumətinin köməyi ilə 29 noyabr 1920-ci ildə isə Ermənistan Respublikasını yaratmağa nail oldular. Bu hadisələrdən öncə - 1905, 1907, 1910 və 1915-ci illərdə isə azərbaycanlılar yaşayan mahallarda, qəzalarda, kəndlərdə misli görünməyən qətllər törətdilər.
Üçüncü dövrdə isə ermənilər artıq qarşılarına məqsəd qoymuşdular. Necə olursa-olsun azərbaycanlılar Ermənistandan sıxışdırılıb çıxarılmalı, Azərbaycanın torpaqları hesabına öz əraziləri daha da genişləndirilməlidir. Bu dövr tarixə azərbaycanlılar üçün soyqırımı, repressiya və deportasiya illəri kimi daxil olub. Belə ki, 1918-1920-ci illərdə soyqırımı, 1930-1938-ci illərdə repressiya, 1948-1953-cü illərdə və nəhayət, 1988-ci ildə sonuncu deportasiya siyasəti yeridildi. Bu dövrlərin və illərin hər birində elə qanlı hadisələr baş verib ki, onların dəqiq təfsilatını vermək, xronoloji ardıcıllığını göstərmək bəzən çətinlik yaradır.
Təkcə 1905-ci il hadisələrində İrəvan ətrafında 200 kənd qarət edilərək yandırıldı. Erməni qəsbkarları tərəfindən həyata keçirilən qəddarlıq nəticəsində İrəvan, Dəvəli (Ararat), Qəmərli (Artaşat), Uluxanlı (Masis), Basarkeçər (Vardenis), Çənmərək (Krasnoselo), Qarakilsə (Sisian), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Allahverdi (Tumanyan), Karvansara (İcevan) və s. ərazilərdə ermənilər böyük qırğınlar törətdilər. Onlar qadın və uşaqları quyulara doldurur, diri-diri təndirə atır, qapı-pəncərəni bağlayaraq evlərə od vururdular. Qəfil gələn bu bəladan təbii ki, insanlar qurtula bilmirdilər. Onlar fəlakətin haradan gəldiyini də dəqiq anlamırdılar. Təkcə Qəmərlinin 102 kəndinin 94-də azərbaycanlı yaşayırdı. Bu kəndlərin əhalisi erməni hədəfinə tuş gəldi. 1915-ci ildə Amerikada çap olunan "Qoçnaq" qəzetində daşnaklar iftixarla yazırdılar: "Vanı əldə etdik. Vanda ancaq 1500-ə qədər qadın və uşaqdan başqa türk qalmayıb" - deyərək iki gün içində Van şəhərində türk əhalisini qırdıqlarını etiraf etmişdi.
Özlərini zavallı və yazıq görkəmdə dünyaya tanıtmaq istəyən ermənilər illərdir ki, iddia edirlər, guya 1915-ci ildə erməni soyqırımı olub. Türklər 1,5, yaxud da 2 milyon ermənini qətlə yetirib. Halbuki tarixi faktlar başqa bir söz deyir. Onların yalanını üzə çıxaran, ermənilərin vəhşiliyini əks etdirən mənbələrdən biri də fransız konsulu Zarzeçkinin 1914-cü ildə verdiyi məlumata görə, Türkiyədə 1 milyon 300 min erməni yaşayıb. Beləliklə, konsulun göstərdiyi rəqəmlə ermənilərin uydurduqları rəqəm uyğun gəlmir. Təbii ki, yalanla gerçəklik heç zaman tutmaz.
Çoxsaylı məqalələri, xatirələri və kitabları ilə məşhur olan əsl səyyah Səmyuel A.Uimz 2003-cü ildə ABŞ-da çap etdirdiyi "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri" kitabında yazırdı: "Xristian ermənilərinin müsəlmanlara qarşı geniş surətdə həyata keçirdiyi iyrənc siyasətin mənzərəsini təsəvvür etmək olmur. Onlar müsəlmanları öldürür, talayır, zorlayır və hər şeyi alt-üst edirdilər. Tərk etdikləri yerlərdə həyata keçirdikləri terror dəhşətli mənzərələr yaradırdı. Quyular müsəlman cəsədləri ilə doludur. Müxtəlif orqanları kəsilmiş, bədənlər, əllər, ayaqlar, başlar evlərin yanındakı bağların hər tərəfinə səpələnib. Əsgərlər 320 basdırılmamış meyit tapmışdı, 606 meyit quyu və xəndəklərə doldurulmuşdu və əlbəttə, bundan qat-qat çox adam öldürülmüşdü. Guya yol inşası üçün Ərzincandan aparılmış 600 nəfər müsəlmanın taleyi məlum deyildi".
Müəllif bu kitabında bildirir ki, öz liderlərinin dəhşətli qərarlarının nəticəsində guya ermənilər I Dünya müharibəsi ərzində və müharibədən sonra xeyli əzaba düçar olmuşdular. Aclıq və xəstəlik geniş yayılmışdı. Ölənlərin sayı çox idi. Heç şübhəsiz, ölümün səbəbi birbaşa ermənilərin ölkədən köçməsi və Osmanlı ordusunun qarşısından qaçması idi. Bu ölümlər ermənilərin bəyan etdiyi kimi, "soyqırımı" və ya "genosid" adlandırıla bilməz. Çünki dünyanın heç bir yerində xəstəlikdən, aclıqdan ölənlər soyqırımı qurbanları sayılmır. Obyektiv olmaq istəyiriksə, hər iki tərəfdə ölənlərin hesabı dəqiq aparılmalıdır. Tarix həmişə əsl həqiqi faktları təsdiq edir. 1915-ci ilin fevralında erməni-daşnak terrorçu təşkilatı 30 nəfər üzvü olan müharibə qərargahı yaratmışdı. Bu terrorçu təşkilata Qarahisardakı erməni kilsəsinin keşişi başçılıq edirdi. Təsəvvür edirsiniz, din xadimi baş terrorçu idi. Araşdırmalar göstərir ki, ermənilər məğlubiyyətə uğrayıb geri çəkildikcə onların qəddarlığını əks etdirən tükürpədici mənzərələr qalmaqda idi. Van və Bitlisdə ermənilər 400 minədək insanı qətlə yetirmişdilər. Onların arasında xeyli sayda kürdlər də var idi. Ümumiyyətlə, o dövrdə daşnakların bir devizi diqqət çəkir - harda türk və kürd gördünsə, öldür. XX əsrin ən böyük faciəsi Ermənistan dövlətinin və erməni Qriqoryan kilsəsinin birlikdə həyata keçirdikləri qətliamlar oldu.
Erməni-quldur birləşməsi 1905-ci ildə İrəvan quberniyasında dinc müsəlmanlara atəş açaraq yerli əhaliyə amansızcasına divan tutmuşlar. Təkcə may ayının 24-də 4 qadın, 2 uşaq, 5 kişi qətlə yetiriblər. Elə həmin ay Naxçıvanda ermənilər dinc əhalini azğınlıqla qətlə yetirdilər. Zəngəzurda törədilən qəddarlığın isə təsvirini vermək çox çətindir. Şahidlərin söylədiklərinə görə, erməni quldurları sakinləri ağacların əyilmiş budaqlarına bağlayırlar, sonra kəndiri kəsərək budaqları buraxırdılar. 1905-ci ilin iyununda Eçmiədzin qəzasındakı azərbaycanlı kəndini mühasirəyə alan ermənilər əvvəl kişiləri güllələdilər. Sonra südəmər uşaqları, qocaları işgəncə ilə qətlə yetirdilər. Məscid yandırıldı. Bu qəzadakı Persi, Nazrevan, Kiçikkənd, Kotuklu, Qoşabulaq, İrgu, Təkyə kəndlərinin dinc əhalisinə divan tutulduqdan sonra yaşayış məskənləri dağıdılıb. "Daşnaksütyun" terror təşkilatının göstərişlərini yerinə yetirən erməni-quldur birləşmələri Zəngəzur qəzasında qətliamlar törətdilər. Minlərlə insanın həyatına son qoyuldu. O illərdə daşnakların hədəfinə tuş gələn insanların dəqiq siyahısı hələ də bəlli deyil. Çünki bütün baş verənlər elə amansızlıqla həyata keçirilirdi ki, bu bəladan qurtulan geriyə baxmadan qaçırdı. Qarşıda isə onu nə gözləyirdi, heç kim bilmirdi...
Qədim Oğuz eli - indiki Ermənistandan azərbaycanlıların deportasiyası XIX əsrin əvvəllərindən başlamış və XX əsrin sonlarınadək zaman-zaman həyata keçirildi. Orta əsrlərdə İrəvan xanlığında, Zəngəzur, Göyçə, Ağbaba, Dərələyəz və digər mahallarda yalnız azərbaycanlılar yaşayardı. Bu yerlərdə ara-sıra görünən erməniləri barmaqla saymaq olardı. Deportasiya nəticəsində bu torpaqların halal sahibləri zaman-zaman qətlə yetirildi, qovuldu, qaçqına, köçkünə çevrildi. Minlərlə, on minlərlə dinc əhali ölümlə qarşılaşdı. 1905, 1907, 1910 və 1915-ci illərdə baş verən erməni-müsəlman savaşından sonra Göyçə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni əhali qalmamışdı. Eləcə də Basarkeçər və Çənbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də terror əməliyyatının qurbanı olmuşdur.
Qafqazda azərbaycanlıların
kütləvi soyqırımını həyata keçirən
silahlı erməni dəstələri 1905-ci ildə
Naxçıvanda, İrəvanda, Cəbrayılda,
Şuşada, Zəngəzurda, Bakıda, Tiflisdə, Qazaxda su
yerinə qan axıtdılar. Tarix elmləri namizədi
İsrafil Məmmədov ermənilərin qəddarlığı
ilə bağlı qələmə aldığı məqalədə
yazıb: "Zəngəzurda törədilən
qırğınların analoqu yoxdur. 1906-cı ildə
Saqqarsuyu qan gölməçəsinə
dönmüşdü. Soyuğun şiddətindən
qanın üzü buz bağlayıb. Ancaq
daşın hər tərəfindən damcı-damcı
sızırdı. Daşın arasında 62 qadın və
uşaq cənazəsi üst-üstə
qalaqlanmışdı. Eləcə də 1906-cı ilin
avqustunda palaz altında 15 uşağın kəsilmiş
başları tapıldı. Cənub səmtdə həddən
artıq arvad-uşaq bədənləri
tökülmüşdü". Bir gündə bu bölgədə
800-dən artıq türk qətlə yetirilmişdi.
Bəzi faktlara diqqət yetirək. 1826-1828-ci illərdə təkcə İrəvan xanlığında 420 kənd yerlə-yeksan edilib. 1872-ci ilədək ermənilər 161 kəndi soydaşlarımızın əlindən alıblar. 46 il ərzində bu quberniyada 581 kənd azərbaycanlıların əlindən alınıb. Cəmi iki ildə (1828-1829) ermənilər azərbaycanlılar yaşayan 208 kəndə sahib olublar. Ötən əsrin əvvəllərində İrəvan quberniyasında 959 azərbaycanlı kəndi olub, 352 min azərbaycanlı yaşayıb. Bu hesabla da təkcə Ermənistan deyilən o torpaqda dəfn olunmuş ocaqlarımızın, çıraqlarımızın sayını xəyala gətirək.
1813-1828-ci ilə qədər 410 min kvadratkilometr sahəsi olan Azərbaycan torpağı 86,4 min kvadratkilometr qalana qədər erməni təcavüzkarları və onların tərəfdarları tərəfindən ya parçalanıb, ya da işğal edilmişdir. Bu gün tarixçilər yazırlar ki, harada bir terror həyata keçirilirsə, mütləq orada erməni barmağı var. Bu namərdlər ömrü boyu vəhşiliklə məşğul olublar. Əgər erməni millətinin məşhur yazıçısı Marietta Şaginyan hələ sovet dövründə özünkülərə deyirdisə, - bələkdəki körpənizə mütləq bildirin ki, türk onun düşmənidir. Məşhur şairləri Silva Kaputikyan da çığırırdı ki, "böyük Ermənistan" yaratmaq üçün türkü son nəfərinədək qırmalısan. Milli qəhrəmanları Aşota həsr olunmuş bir əsərdə onun dilindən verilən sözlərə diqqət yetirək: "Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən onu tapdayanda rahat olacağam". Bu qanlı əməl həmişə erməni quldurlarının məqsədi olub.
"Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin törətdiyi vəhşilikləri saymaqla bitəsi deyil. Hərdən təəccüblənirsən ki, erməni tarixçilərinin, yazıçılarının bəziləri öz vəhşiliklərini nədənsə etiraf etməkdən çəkinməyiblər. M.Nalbanyana məxsus fikirdir: "Mən ermənilərin sakini olduğu bir neçə yeri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir". Elə yerinə yetmədiyi üçün də var olduqları gündən işğalla, qəddarlıqla, oğurluqla məşğuldurlar. Böyük rus şairi A.S.Puşkinin uzaqgörənliklə söylədiyi: "Sən kölə, sən qorxaq, sən ermənisən" fikri bu gün də özünü doğrultmaqdadır. Ermənilər onların yarlıqlarına çevrilmiş bu müdrik fikri həmişə doğruldurlar. Alçaq hərəkətlərlə, oğurluqla, qəddarlıqla, yaltaqlıqla cilddən-cildə düşməklə, bir sözlə, onların portretini naxışlayan bir çox fikirləri təsdiqləməklə davam edirlər.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-31 mart.- S. 5.