Malayziyanın nüfuzlu "Oic today" jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir

 

Malayziyanın nüfuzlu "Oic today" jurnalının 31-ci buraxılışında Azərbaycanın tarixi, mədəniyyəti, təbii ehtiyatları, iqtisadiyyatı haqqında geniş məqalə dərc edilmişdir.

Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin Malayziyada eləcə regionda ictimaiyyətə daha da yaxından tanıdılması təbliğ edilməsi məqsədi ilə diplomatik nümayəndəliyimiz daha bir uğurlu addım atmışdır. Səfirliyin səyləri nəticəsində "Oic today" jurnalının "Travel Destination" bölməsində ölkəmiz haqqında geniş məqalə dərc edilmişdir.

"Oic today" jurnalı Malayziyada İslam Konfransı Təşkilatının (İKT) üzvü olan digər ölkələrdə geniş nüfuza malikdir. Jurnalda İKT ölkələrində baş verən son hadisələr, turizm, islam bankçılığı maliyyə, tikinti mülkiyyət, eləcə digər mövzularda məqalələr dərc edilir.

Yazıda Bakı, Quba, Şəki, Lənkəran, Şamaxı, Ordubad, Qəbələ, Şuşa, Azərbaycanın məşhur palçıq vulkanları, Qobustan Dövlət Qoruğu barədə oxuculara geniş məlumat verilmiş fotolar dərc edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 31 mart.- S. 7.