Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasında "Sağlam
həyat idmanla başlayır" mövzusunda
tədbir keçirilmişdir
Milli Təhlükəsizlik
Nazirliyinin (MTN) Heydər
Əliyev adına Akademiyasında ümummilli
liderin anadan olmasının 88-ci ildönümü
ərəfəsində "Sağlam həyat idmanla başlayır" mövzusunda növbəti
tədbir keçirilmişdir.
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a
bildirmişlər ki, bu münasibətlə Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Xəzər İsayev
və Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov akademiyanın kursantları və dinləyiciləri ilə görüşmüşlər.
Əvvəlcə qonaqlar Şöhrət Muzeyində
ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiya və fotostendlərə baxmışlar.
Sonra ən qabaqcıl standartlara cavab verən texniki ləvazimatlarla və avadanlıqla təmin edilmiş MTN-in İdman Sağlamlıq Mərkəzində (İSM) kursant
və dinləyicilərin,
digər əməkdaşların
idmanla məşğul
olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri
üçün yaradılmış
şəraitlə tanış
olmuşlar. Məlumat verilmişdir
ki, mərkəzə idmanın əksər kütləvi növləri,
o cümlədən futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış
meydançaları, 25 metrlik
üzgüçülük hovuzu, güləş, əlbəyaxa döyüş,
gimnastika və trenajor zalları, soyunub-geyinmə, həkim,
müəllim otaqları,
duşxanalar daxildir.
Akt zalında davam edən tədbirdə əvvəlcə
ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev
ulu öndərin gəncliyə və idmana sonsuz diqqət
və qayğısından
danışmışdır. O demişdir ki, ümummilli lider Heydər Əliyev özü gənclik illərində idmanın müxtəlif növləri
ilə məşğul
olmuş, əldə etdiyi nəticələrə
görə həmyaşıdlarını
həmişə üstələmişdir.
Təhlükəsizlik orqanlarındakı xidməti dövründə
isə şəxsi heyətin fiziki hazırlığını daim
diqqət mərkəzində
saxlamışdır. Ölkə
rəhbərliyində olduğu
30 ildən artıq müddətdə Azərbaycanda
idmanın kütləviliyinə,
güclü idmançı
korpusunun yaranmasına,
müxtəlif respublika
və beynəlxalq yarışlarda,
turnir və müsabiqələrdə qələbə
əldə etmiş gənclərin sağlam həyat tərzi keçirmələrinə xüsusi
diqqət yetirmişdir.
Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmanın inkişafına xüsusi önəm verdiyini vurğulayan natiq, bu sahədə əldə olunmuş yüksək nailiyyətlərin
sağlam və səriştəli gənc
nəslin yetişməsinə, ölkəmizin nüfuzunun artmasına, beynəlxalq aləmdə mövqelərinin güclənməsinə
xidmət etdiyini bildirmişdir.
İ.Allahverdiyev demişdir ki,
akademiyanın ərazisində
ən yüksək standartlara cavab verən yeni İdman Sağlamlıq Mərkəzinin fəaliyyətə
başlaması, təhsil
ocağının idmançı
müəllim və kursantlarının uğurlar
qazanması Milli Təhlükəsizlik Nazirliyi
rəhbərliyinin idmanın
inkişafına, şəxsi
heyətin fiziki sağlamlığı və
hazırlığının gücləndirilməsinə diqqətinin
bariz nümunəsidir.
Sonra Xəzər İsayev, Raqif Abbasov və
akademiyanın fiziki hazırlıq kafedrasının
əməkdaşı Hüseynqulu
Məmmədov ölkəmizdə
həyata keçirilən
idman və gənclər siyasətinin
uğurlarından, görüləcək
işlərdən danışmışlar.
Natiqlər ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə
təşkil olunan idman tədbirlərində
əldə edilən qələbələrin ulu
öndərin şərəfinə
qazanıldığını vurğulamış, idmanımızın
bugünkü nailiyyətlərinin
Prezident İlham Əliyevin gəncliyə diqqət və qayğısının
təntənəsi olduğunu
vurğulamışlar.
Akademiyanın təhsildə
və idmanda fərqlənən bir qrup zabit və
kursantlarına Bakı
Şəhəri Gənclər
və İdman Baş İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur. Qonaqlara isə akademiyanın fəxri fərmanları və Azərbaycan təhlükəsizlik
orqanlarının tarixini
əks etdirən
"Heydər Əliyev
və milli təhlükəsizlik orqanları"
kitabları hədiyyə
edilmişdir.
Tədbirin sonunda "Heydər Əliyev və Azərbaycan idmanı" mövzusunda
videokompozisiya nümayiş
etdirilmişdir.
Azərbaycan.- 2011.-1 may.- S. 5.