"Azərbaycanda
dayanıqlı enerjinin
inkişaf etdirilməsinə
dəstək" layihəsi
bərpa olunan enerji mənbələrindən
praktiki istifadəyə
imkan yaradacaqdır
BMT-nin İnkişaf Proqramı (BMTİP) artıq bir neçə ildir ki, Azərbaycanın "yaşıl iqtisadiyyat"a doğru irəliləməsinə yardım göstərir.
AzərTAc xəbər verir ki, bu sözləri BMTİP-in ölkəmizdəki rezident nümayəndəsinin müavini xanım Nato Alhazişvili bildirmişdir. N.Alhazişvili BMT Baş Məclisinin 2012-ci ili davamlı enerji üzrə beynəlxalq il kimi qəbul etdiyini xatırladaraq demişdir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və BMTİP-in birgə həyata keçirdikləri "Azərbaycanda dayanıqlı enerjinin inkişaf etdirilməsinə dəstək" layihəsi ölkədə bu sahədə ilk addımlardan biridir. Bu o deməkdir ki, artıq bərpa olunan enerji mənbələrindən praktiki istifadə olunacaqdır. Azərbaycanın bərpa olunan enerji sahəsində çox böyük resursları vardır. Biz bərpa olunan enerjinin potensialını qiymətləndirəcəyik və bu sahədə ən faydalı iqtisadi zona seçiləcəkdir.
Azərbaycan.- 2011.-1 may.- S. 5.