Pakistanda keçirilmiş "2011-ci il üzrə bahar festivalı" sərgisində Azərbaycan guşəsinə böyük maraq göstərilmişdir

 

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin nüfuzlu ali təhsil ocağı olan Qayd-i Əzəm Universitetində "2011-ci il üzrə bahar festivalı" keçirilmişdir.

Festival çərçivəsində təşkil olunmuş sərgidə xarici ölkələrin Pakistandakı diplomatik nümayəndəlikləri, müxtəlif dövlət qurumları, bir sıra şirkətlər tərəfindən gətirilmiş kitablar, müxtəlif eksponatlar nümayiş etdirilmişdir.

Ölkəmizin diplomatik nümayəndəliyi isə onun üçün ayrılmış guşədə Azərbaycan həqiqətləri, Ermənistanın hərbi təcavüzü, habelə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyəti, respublikamızda həyata keçirilən ictimai-siyasi sosial islahatlardan bəhs edən kitab, broşür videodisklər təqdim etmişdir.

Tədbirə qatılan Pakistanın tanınmış şəxsləri, media nümayəndələri tələbələr Azərbaycan guşəsinə böyük maraq göstərmişlər. Səfirliyin əməkdaşları iştirakçıların müstəqilliyimiz, ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi həyatında rolu, ölkəmizdə islam dəyərlərinə münasibət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi s. barədə suallarına cavab vermişlər.

Qeyd olunmuşdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyon vətəndaşımız doğma torpaqlarından didərgin düşmüşdür. BMT, Avropa Şurası, Avropa Parlamenti İslam Konfransı Təşkilatının müvafiq qətnamələrində işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq barədə tələbə Ermənistanın məhəl qoymadığı haqqında festival iştirakçılarına məlumat verilmişdir.

Bundan əlavə, ölkəmizdə demokratiya insan hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərə, bütün siyasi qüvvələrin sərbəst şəkildə fəaliyyət göstərməsinə, həmçinin etnik dini qrupların heç bir ayrı-seçkiliyə məruz qalmamasına dair faktlar da iştirakçıların böyük marağına səbəb olmuşdur.

Pakistanın Poçt Xidmətləri Federal katibi Raja İkram-ul Haqq da Azərbaycan guşəsi ilə tanış olmuş, ölkəmizin festivalda iştirakından məmnunluğunu ifadə etmişdir.

 

 

Azərbaycan.- 2011.-1 may.- S. 5.