"Arşın mal alan" bu gün də qəlbləri fəth edir
Üzeyir Hacıbəyli
"Arşın mal alan" operettasını
1913-cü ildə Peterburq
Konservatoriyasında oxuyan
zaman yazmışdır.
O, bu əsəri əvvəlcə konservatoriyada
dərs deyən müəllimi, professor Vasili
Pavloviç Kalafatiyə,
sonra onun məsləhəti ilə
konservatoriyanın direktoru,
böyük rus bəstəkarı A.Qlazunova
təqdim etmişdi. Qlazunov əsərlə
"Arşın
mal alan" operettasına gəldikdə
bu əsər ilk dəfə 1914-cü il oktyabrın 25-də Bakıda
Tağıyev teatrının
səhnəsində tamaşaya
qoyulmuşdur. Baş rolları
H.Q.Sarabski (Əskər),
Ə.Ağdamski (Gülçöhrə),
Ə.Hüseynzadə (Soltan
bəy), Gülsabah xanım (Cahan xala), M.Terequlov (Süleyman), H.Hüseynov (Vəli) ifa etmiş, rejissoru H.Ərəblinski, dirijoru Müslüm Maqomayev olmuşdur.
"Arşın
mal alan"ı populyarlığına və
şöhrətinə görə
heç bir musiqi əsəri ilə müqayisə etmək olmaz. 75-dən çox dilə, o cümlədən rus, ingilis, polyak, fars, ərəb, türk, yunan, Çin, özbək, qazax, rumın, aysor, yəhudi, latış və s. dillərə tərcümə
olunmuş, 76 ölkənin
187 teatrında tamaşaya
qoyulmuşdur. Əsərin lad strukturu və ritmikası tamaşanın
hər bir obrazına uyğundur.
Tacir Əsgərin
"Nalədəndir ney
kimi avazeyi-eşqim bülənd" sözləri
ilə başlayan lirik ariyası "Şüştər" muğamı,
bir sıra səhnəciklər və
Cahan xalanın kupletləri "Şur"
muğamı üstündə,
digər bütün vokal nömrələri isə xalis Avropa üslubunda yazılmışdır.
Operettanın səhnə həyatından
yüz ilə yaxın vaxt keçsə də, ona tamaşaçı rəğbəti zaman keçdikcə artır. Buna səbəb süjetin əsasının xalq həyatından alınmış
epizodlara söykənməsidir.
Operetta ekranlaşdırıldıqdan
sonra daha da məşhurlaşmış,
dünya kinoteatrlarında
tamaşaçıların ən çox sevdikləri filmlərdən
birinə çevrilmişdir.
Filmə
dalbadal 18-20 dəfə
baxanlar da olmuşdur. Hətta Çin kommunist partiyasının rəhbəri
Mao-Tsze Dun Çində
"Arşın mal alan"ın "Yorğan
altında məhəbbət"
adlı versiyasının
çəkilməsi barədə
göstəriş vermişdi.
Çində "yorğan" sözü "çadra"
sözünün qarşılığı
kimi işlədilirdi.
Rəşid Behbudovun
qızı Rəşidə
Rəşid yazır ki, operettanın süjeti babası məşhur xanəndə
Məcid bəyin
Bəziləri Əsgəri idealizə edərək onu açıq fikirli yenilik tərəfdarı kimi, mədəniyyət müdafiəçisi kimi
göstərirdilər. Halbuki bu
yanlış fikirdir.
Əskər hər şeyə
tacir gözü ilə baxan adamdır. O, alacağı
qızla arşını
12 qəpiklik çiti
eyni dərəcədə
qiymətləndirir: çitin
Bu yaxınlarda
Azərbaycan Akademik
Opera və Balet Teatrında dünya mədəniyyəti tarixində
şedevr sayılan
"Arşın mal alan" operettasına
baxanlar da tamaşadan böyük zövq aldılar. Hətta əcnəbi qonaqlar da operettadan ayrı-ayrı fraqmentləri
həvəslə züm-zümə
etməkdən çəkinmirdilər.
Əsərdə
obrazlar real şəklə salınmış, yersiz
şarjlara yol verilməmişdir. Akademik Milli Dram
Teatrının aktyoru, əməkdar artist Telman Əliyev Soltan
bəy obrazını məsxərəyə qoymağa
çalışmır. Bəy
obrazını əsl bəyə xas olan cizgilərlə yarada
bilir. Soltan bəyin vokal nömrələrini
bariton səsli opera solisti kimi oxumağı bacarır. Yeri gəlmişkən, vaxtilə müqtədir
komik səhnə ifaçılarımız Mirzağa Əliyev
və xalq artisti Yaşar Nuri də Üzeyir bəyin
operettalarında vokal partiyalarını həmişə
layiqincə ifa etmişlər.
Tamaşada Cahan xala obrazı əməkdar artist Gülüstan Əliyevanın da ifasında çox xoşagələn alındı. Onun rəqsləri, oxumağı həmişəki kimi yenə rəğbətlə qarşılandı, danışıq ifadə tərzi tamaşaçıların ürəyindən oldu. "Leyli və Məcnun"da Leyli, "Gəlin qayası"nda Sənəm, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi partiyalarını uğurla ifa edən G.Əliyeva "Arşın mal alan"da Cahan xala obrazını səhnə tələbləri baxımından olduqca xoşagələn yaratdı. Yeri gəlmişkən, Gülüstan Əliyeva estrada ifaçısı kimi də məşhurdur. Onun bu yaxınlarda televiziya kanallarından biri ilə yayımlanan "Çahargah" dəstgahında ifa tərzi hətta muğam bilicilərini də məmnun etdi. G.Əliyevanın dəstgahın "Mənsuriyyə", "Hüzzal" kimi böyük diapazon və şaqraq zəngulələr tələb edən çətin guşələrini təmiz səslə rahat oxuması dinləyiciləri məmnun qoydu və həm də mahir muğam ifaçısı olduğunu sübuta yetirdi.
Ələkbər Əliyevin oynadığı Vəli obrazı onun mahir komediya ustası olduğunu bir daha təsdiq etdi. Əməkdar artist Gülyaz Məmmədova (qulluqçu Telli) ilə dueti həm komik artistlik, həm də rəqqaslıq baxımından çox yaxşı alındı. "Leyli və Məcnun"da Leyli kimi tragik səhnə obrazını müvəffəqiyyətlə yaradan muğam operası solistinin komik Telli obrazını yüksək professionallıqla yaratması tamaşaçılarda məftunluq doğurdu.
Xalq artisti Azər Zeynalovun ifasında tacir Əsgərin bütün ariyaları və Gülçöhrə (əməkdar artist İnarə Babayeva) ilə duetləri də çox uğurlu alındı. Lakin İnarə tacir Əsgər ilə duetinin finalında "lya" notu əvəzinə "do" notu götürməsi fikrimizcə düz deyil. Çünki ifa zamanı "do" tonallığı "lya" tonallığı ilə heç cür uzlaşmırdı. Ümumiyyətlə isə İnarə Babayevanın Gülçöhrənin bütün ariyalarını qüsursuz oxuması, danışıq yerlərində heç bir qüsura yol verməməsi, bütün mizanları yerli-yerində icra etməsi təqdirəlayiqdir.
Teatrın xor və rəqs kollektivlərinin də tamaşanın uğurlu alınmasında əməyini yüksək qiymətləndirmək lazımdır. Bir sözlə, 1914-cü ildən üzü bu yana xalqın sevimli tamaşası olan "Arşın mal alan"a mahir aktyorların ifasında bu gün də sevilə-sevilə baxılır.
Arif HÜSEYNOV
Azərbaycan.- 2011.-1 may.- S. 7.