Qarabağ həqiqətləri haqqında kitab Ukraynada nəşr olunmuşdur

 

Bu günlərdə akademik Budaq Budaqovun "Dağlıq Qarabağ onun ətrafında hadisələr haqqında" kitabı Ukraynada işıq üzü görmüşdür.

Sevastopol şəhərindəki "Delta" nəşriyyatı tərəfindən rus dilində çap olunmuş kitabda oxuculara Ermənistanın havadarlarının köməyi ilə ölkəmizə qarşı hərbi təcavüzünün tarixi müxtəlif aspektləri barədə ətraflı məlumat verilir. Müəllif ötən əsrin 80-ci illərinin axırlarında bilavasitə şahidi olduğu hadisələrdən geniş bəhs edir, erməni millətçilərinin xalqımıza qarşı törətdikləri çoxsaylı cinayətlərdən söhbət açır. Kitabda azərbaycanlıların Ermənistandan deportasiyasının mərhələlərinə toxunulur.

 

 

Azərbaycan.- 2011.-1 may.- S. 7.