Polşa Respublikasının Prezidenti
zati-aliləri cənab
Bronislav Komorovskiyə
Hörmətli cənab
Prezident!
Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə
Sizi və bütün Polşa xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan-Polşa
əlaqələri dostluq
və əməkdaşlıq
zəminində müvəffəqiyyətlə
inkişaf etməkdədir. Ümidvaram
ki, dövlətlərarası
münasibətlərimizin möhkəmləndirilməsi,
iş birliyimizin dərinləşdirilməsi yolunda
səylərimizi bundan
sonra da ardıcıl şəkildə
davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Polşa xalqına
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 aprel 2011-ci il
Azərbaycan.- 2011.-3 may.- S. 1.