Türkiyənin İğdır
şəhərində Heydər
Əliyev liseyinin rəsmi açılışı
olmuşdur
Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olmuşdur. Mərasimdə Baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir.
Türkiyənin Baş naziri demişdir ki, bu mərasimdə iştirak mənim üçün çox önəmlidir. Təkcə dost, qardaş Azərbaycanın deyil bizim də fəxrimiz, "biz bir millət, iki dövlətik" kəlamının müəllifi Heydər Əliyevin adını daşıyan bu liseyin fəaliyyətindən məmnunuq.
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov Heydər Əliyevin adını daşıyan
müasir təhsil kompleksinin açılışında
iştirak etməkdən
böyük qürur hissi keçirdiyini bildirmişdir.
Sonra rəmzi
açılışı bildirən qırmızı
lent kəsilmiş, Baş
nazir, səfir və digər qonaqlar liseylə
Bildirilmişdir ki, liseydə hazırda 234 şagird təhsil alır. Şagirdlər təhsil müəssisəsinə imtahan verərək yüksək balla qəbul edilirlər. 16 sinif otağı olan liseydə müasir standartlara cavab verən kimya, biologiya və fizika laboratoriyaları, idman zalı, qızlar yataqxanası fəaliyyət göstərir. Burada zəngin kitabxana da vardır. Bir sözlə, təhsil üçün hər cür şəraitə malik olan Heydər Əliyev liseyi Türkiyənin ən nüfuzlu tədris komplekslərindən biri hesab edilir.
Daha sonra Baş nazir və onunla birlikdə açılış mərasimində iştirak edən qızı liseyin şagirdləri ilə birlikdə şəkil çəkdirmişlər.
Heydər Əliyev liseyini açılışı əhalisinin böyük əksəriyyətinin azərbaycanlıların təşkil etdiyi İğdır, eləcə də bölgənin təhsil ictimaiyyəti üçün əsl bayrama çevrilmişdir.
Azərbaycan.- 2011.-3 may.- S. 7.