Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin
sədri Vadim Zaytsevi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul etmişdir.
Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olundu, təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyin zəruriliyi bildirildi.
Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.-4 may.- S. 1.