1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi
yardım verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində
Qələbənin 66-cı ildönümü ilə əlaqədar
qərara alıram:
1. 1941-1945-ci illər Böyük
Vətən müharibəsi iştirakçılarına
500,0 (beş yüz) manat məbləğində, Böyük
Vətən müharibəsində həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci dünya müharibəsi
illərində döyüşən cəbhələrin arxa
hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
Böyük Vətən müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsinin iştirakçılarına 200,0 (iki
yüz) manat məbləğində birdəfəlik maddi
yardım verilsin.
2. Bu sərəncamın 1-ci
hissəsinin icrası məqsədi ilə:
2.1. Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 8,7 milyon (səkkiz milyon yeddi yüz
min) manat məbləğində vəsait ayrılsın;
2.2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondunun
xüsusi hesabına köçürülməsini təmin
etsin;
2.3. Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu birdəfəlik
maddi yardımların müvafiq şəxslərə
çatdırılmasını təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2011-ci il
Azərbaycan.- 2011.-4 may.- S.1.