M.Ə. Məmmədovun
"Şöhrət" ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycanın iqtisadi inkişafındakı
xidmətlərinə görə
Məmməd Əhməd
oğlu Məmmədov
"Şöhrət" ordeni
ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 may 2011-ci il
Azərbaycan.- 2011.- 4 aprel.- S. 1.