Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında bu günə qədər aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklər baş vermişdir. Bununla yanaşı, aparılmış islahatların davamı kimi aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyi effektivliyinin artırılması zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılsın:

 

Komissiyanın sədri

 

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

 

İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya təbii sərvətlər naziri

Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Qərib Məmmədov - Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin sədri

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri

Azər Əmiraslanov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri

Rüfət Əsədov - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri

 

2. Bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq yaradılmış Xüsusi Komissiya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2011-ci il

 

Azərbaycan.- 2011.- 4 may.- S. 1.