Azərbaycanın Baş naziri Artur Rasizadə
və Litva Prezidenti Dalya Qribauskayte birgə işçi nahar etmişlər
Mayın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte birgə işçi nahar etmişlər.
Səmimi söhbət zamanı Azərbaycan ilə Litva arasında münasibətlərin,
o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında
fikir mübadiləsi aparılmışdır.
* * *
Litva Respublikasının Prezidenti
xanım Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfəri mayın 3-də başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-4 may.- S. 2.